ain.az bildirir, Apasport portalına istinadən.
“Araz-Naxçıvan”ın Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Aris” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Saloniki təmsilçisi “Eştoril”dən Pedro Alvaronu transfer edib. 25 yaşlı mərkəz müdafiəçisi ilə 4 illik müqavilə imzalanıb.
“Benfika”nın yetirməsi olan Pedro 2020-ci ildə “B SAD”a, daha sonra isə “Eştoril”ə keçib. O, başa çatan mövsümdə Portuqaliya Liqasında 31 oyunda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
“Araz-Naxçıvan” “Aris”lə ilk oyunu iyulun 24-də Bakıda, cavab matçını isə 31-də Salonikidə keçirəcək.
“Şamaxı” “Kəpəz”lə üz-üzə gələcək
Region Liqası təmsilçisi bütün futbolçuları ilə vidalaşıb
“Qarabağ”ın ilk rəqibi bəlli oldu
Felipe Santos: "Çətin ki, "Araz-Naxçıvan"da qalım" - Müsahibə
"Benfika"nın yetirməsi "Turan Tovuz”da
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.