AZ

Nağdsız ödənişlərin aylıq həcmi 10 milyard manata yaxınlaşıb - AMB

Bakı. Trend:

2024-cü il ərzində ölkəmizdə fəaliyyət göstərən banklarınemissiya etdiyi ödəniş kartları vasitəsilə dövriyyənin ümumi həcmi126 milyard manatdan çox olub. Bu 2023-cü illə müqayisədə 27 faizillik artım deməkdir.

Trend xəbərverir ki, bu sözləri Azərbaycan Respublikasının Mərkəzi Bankının(AMB) İdarə Heyətinin üzvü Vüsal Xəlilov Azərbaycan BanklarAssosiasiyası və AMB-nin təşkilatçılığı ilə keçirilən "Fintexsammit 2025 - Maliyyə Texnologiyalar Sərgisi”ndə çıxışı zamanıdeyib.

O qeyd edib ki, 2025-ci ilin aprel ayına aid məlumatlara əsasən,ödəniş kartları vasitəsilə nağdsız ödənişlərin aylıq həcmi 10milyard manata yaxınlaşıb.

“Eyni zamanda, cari ilin ilk 4 ayı ərzində ölkədaxili ödənişkartları ilə həyata keçirilmiş nağdsız ödənişlərin həcmi 67 faiz,sayı isə 91 faizdən artıq olub. Bu isə o deməkdir ki, ödənişkartları ilə ölkədaxili edilən hər 10 əməliyyatdan 9-u nağdsızformada həyata keçirilir və bu böyük uğurdur”,- deyə o diqqətəçatdırıb.

Seçilən
147
46
az.trend.az

10Mənbələr