Bakı. Trend:
Nə qədər ehtiyatlı sürücü olsanız da, avtomobil sahibiolan hər kəs zaman-zaman ehtiyat hissəsi axtarışı ilə üz-üzə qalır.Çünki vaxt keçdikcə avtomobilin detallarında nasazlıqların yaranırvə bu çox normaldır. Əsas olan belə hallarda düzgün ehtiyat hissəsitapmaqdır. Bəzən eyni markalı avtomobillərin belə fərqlimodellərində müxtəlif detallar istifadə olunur. Bu səbəbdənavtomobilə tam uyğun ehtiyat hissəsini tapmaq üçün diqqət vədəqiqlik vacibdir.
Əvvəlcə onu deyək ki, ehtiyat hissəsələri doğru seçməktəkcə avtomobilin texniki işləməsini deyil, həm də sizintəhlükəsizliyinizə birbaşa təsir edir. Səhv ehtiyat hissəsi seçimi,istər mexaniki uyğunluq, istərsə də funksional problem yaradabilər. Bəs bu problemi necə minimuma endirmək olar?
İlk addım avtomobilin texniki məlumatlarını dəqiqbilməkdir. Burada avtomobilin markası və modelini əzbər bilməktəəssüf ki, kifayət deyil. Buraxılış ili, mühərrikin həcmi, yanacaqnövü, kuzov tipi və ən əsası şassi nömrəsi – yəni VIN kod düzgün ehtiyat hissəsitapmaqda əsas rol oynayır. VIN kod avtomobilin şəxsiyyət vəsiqəsikimidir. Bu kod vasitəsilə siz avtomobilin istehsal tarixi, hansıbazar üçün buraxıldığı və texniki xüsusiyyətləri barədə dəqiqməlumat əldə edə bilərsiniz.
Bəzi ehtiyat hissələri elə olur ki, fərqli mühərriknövləri üçün fərqli versiyalarda hazırlanır. Bu kimi hissələravtomobilin versiyasına görə dəyişə bilər. Ona görə də “bu maşınınmodelinə uyğundur” demək bəzən kifayət etmir. Sürücülərin burdaetdiyi ən böyük səhv, internetdə sadəcə model adını yazaraq ehtiyathissə araşdırması və sifariş etmək olur. Bu, uyğunluq probleminəyol açır.
Əgər ehtiyat hissəsini onlayn platformalardan almağıdüşünürsünüzsə, o zaman diqqətli olmaq lazımdır. Saytda qeyd olunanməhsul kodunu avtomobil istehsalçısının rəsmi kataloqu ilətutuşdurmaq çox vacibdir. Əlavə olaraq, alıcı rəyləri, zəmanətşərtləri və geri qaytarma imkanları da nəzərdən keçirilməlidir.Hər-halda eyni məhsulu istifadə etmiş müştərilər daha yaxşı fikirbildirə bilərlər. Bu da sizin alış qərarınıza bilavasitə təsiredəcək.
Digər bir mənbə isə usta məsləhətidir. Əgər texnikibilikləriniz azdırsa və özünüz əmin deyilsinizsə, maşın ustanızdankömək istəyə bilərsiniz. Çünki o, avtomobilin real vəziyyətinəbələd olduğu üçün sizə düzgün hissə tövsiyə edə bilər.
Yekun olaraq demək olar ki, avtomobilə uyğun ehtiyathissəsi tapmaq diqqət, dəqiqlik tələb edən bir prosesdir. Buprosesin əsas vacib məqamlarından biri də avtomobilin dərdinədərman olacaq hissəni etibarlı mənbədən almaqdır.
Solo Avto sizə avtomobilinizin ehtiyac duyduğu bütünhissələri təhlükəsiz və zəmanətli şəkildə təqdim edir. Burada sizNissan, Infiniti, Toyota, Lexus, Mitsubishi, Hyundai, Kia, BMW,Mercedes, Opel, Chevrolet, Land Rover avtomobilləri üçün ehtiyathissələrini həm filiallara yaxınlaşaraq (Elit filialı - ƏcəmiNaxçıvani 169, Çobanzadə filialı - Bəkir Çobanzadə 21, Sumqayıtşəhəri, Çerkassi küçəsi 477.) əldə edə, həm də www.soloavto.azsaytı vasitəsilə online şəkildə sifariş edə bilərsiniz.