TBİLİSİ, 24 iyun. TELEQRAF
Avropa Şurası Parlament Assambleyasında (AŞPA) iyunun 26-da Gürcüstanla bağlı debatlar keçiriləcək.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə AŞPA-nın rəsmi saytında bildirilib.
Müzakirələrin mövzusu “Gürcüstanda siyasi təqiblərə məruz qalan şəxslərin dərhal azadlığa buraxılmasına çağırış” adlanır.
Qeyd edək ki, Gürcüstan nümayəndə heyəti AŞPA-dakı fəaliyyətini bu ilin yanvarın 29-da dayandırıb. Buna qurumda qəbul olunan qətnamədə Gürcüstanla bağlı yer alan şərtlər səbəb olub. Gürcüstan hakimiyyəti AŞPA-nın ciddiliyini itirdiyini bildirib və ölkə ilə bağlı aparılan müzakirələri maraqsız adlandırıb.