AZ

Simeone klublararası dünya çempionatından kənarlaşdırılmalarını şərh etdi

"Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone komandasının klublararası dünya çempionatından kənarlaşdırılmasını şərh edib. 

Fanat.Az xəbər verir ki, "The Touchline" argentinalı çalışdırıcının dediklərini belə çatdırıb:

"Mübarizədən erkən kənarlaşdırıldığımıza görə insanlar bizi qınayacaqlar. Lakin biz ən çətin qrupa düşmüşdük. Yalnız top fərqinə görə mübarizədən kənarlaşdırıldıq. Biz çətinliklərə öyrəşmişik. La Liqada "Barselona" və "Real Madrid"lə qarşılaşırıq, lakin həmişə Çempionlar Liqasına vəsiqə qazanırıq". 

Dünya çempionatının qrup mərhələsinin son turunda “Atletiko” “Botafoqo”ya qalib gəlib (1:0). Bununla belə, İspaniya nəhəngi qrupda PSJ və “Botafoqo”dan sonra üçüncü yeri tutub. Hər üç komanda altı xal toplayıb, lakin Madrid komandası vurulan və buraxılan qollardakı fərqə görə məyus olub. 

Mirağa

Seçilən
5
fanat.az

1Mənbələr