AZ

Pikassonun əsərini “boyadılar” - Monrealdakı muzeydə

MonrealdakıGözəl Sənətlər Muzeyində bir ekoaktivist Pablo Pikassonun 1901-ci ilə aid “L'étreinte” adlı əsərinə çəhrayı boya töküb.


Kulis.az xəbər verir ki, hadisəni törədən “Kanadanın sonuncu nəsli” adlı iqlim fəalları hərəkatının üzvüdür.


Ekoaktivistöz hərəkətini belə əsaslandırıb: “Dövlət sənət əsərlərinin qorunmasına, vətəndaşların ehtiyaclarından qat-qat çox vəsait xərcləyir. İncəsənət yalnız insanların yaşaya bildiyi zaman çiçəklənir, sağ qalmağa çalışdıqları zaman deyil. Meşə yanğınlarının tüğyan etdiyi Manitobada kimin indi yeni bir Pikasso olmaq üçün vaxtı və enerjisi var?”


Gənc fəal saxlanılıb, lakin daha sonra məhkəməyə qədər sərbəst buraxılıb.


Qeyd edək ki, muzey nümayəndələri Pikassonun əsərininşüşə ilə qorunduğu üçün zərər görmədiyini açıqlayıblar.

Seçilən
19
2
kulis.az

3Mənbələr