Ali təhsil və orta ixtisas təhsili müəssisələrinin qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları üçün 36778 abituriyent qeydiyyatdan keçib.
Avtosfer.az xəbər verir ki, bunu DİM-in sektor müdiri Eltun Süleymanov deyib.
"Ali təhsil və orta ixtisas təhsil müəssisələrinin qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları başlayıb. İmtahanlar hazırda 3 istiqamət üzrə davam edir, musiqi ixtisası üzrə imtahanlar isə iyulun 1-dən başlayacaq. İmtahanların idarə olunmasında DİM-lə yanaşı müxtəlif nazirliklərin, ali və orta ixtisas təhsil müəssisələrinin və digər komitə və təşkilatların ekspertləri də imtahanın qiymətləndirilməsində iştirak edirlər",- o qeyd edib.
O bildirib ki, imtahanlar avqustun ortalarına qədər davam edəcək.