AZ

Bəzi çaylarda suyun səviyyəsi artıb – FAKTİKİ VƏZİYYƏT

Bakı, 24 iyun, AZƏRTAC

Milli Hidrometeorologiya Xidməti çaylarda müşahidə olunan faktiki vəziyyətə dair məlumat açıqlayıb.

Xidmətdən AZƏRTAC-a bildirilib ki, avtomat hidroloji stansiyaların iyunun 24-ü saat 9:00-a olan məlumatına əsasən, Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 22, Katexçayda 9, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Bərgüşadçayda 8, Oxçuçayda isə 3 santimetr artım qeydə alınıb.

Transsərhəd çay olan Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 7 santimetr artıb, su sərfi saniyədə 236 kubmetr olmaqla normanın 58 faizini, Qanıx-Cəlayir məntəqəsində isə suyun səviyyəsi 17 santimetr artıb, su sərfi saniyədə 155 kubmetr olmaqla normanın 93 faizini təşkil edir.

 

Seçilən
228
48
azertag.az

10Mənbələr