AZ

Son 3 ildə dövlət standartlarının qəbulu 6 dəfədən çox artıb

ain.az bildirir, Apa.az portalına istinadən.

Azərbaycanda 2021-ci ildə 36, 2022-ci ildə 68, 2023-cü ildə 139, 2024-cü ildə 232 yeni dövlət standartı qəbul olunub.

“APA-Economics” xəbər verir ki, bunu Milli Mətbuatın 150 illik yubileyinə həsr olunmuş Standartlaşdırma sahəsində maarifləndirici seminarda Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktorunun müavini, baş direktor vəzifəsini müvəqqəti icra edən Kəmalə Məmmədzadə deyib.

O bildirib ki, bununla da 2021-ci il illə müqayisədə 2024-cü ildə standartların qəbulu 6 dəfədən çox artıb:

“2025-ci ilin 5 yanvar-may aylarında isə 86 yeni dövlət standartı qəbul olunub. Eyni zamanda standartlaşdırma sahəsində mövcud dövlət standarlarının təkmilləşdirilməsi, onların aktuallığının və tətbiqinin səmərəliliyinin müəyyən edilməsi məqsədilə normativ ənədlərin dövri yoxlaması həyata keçirilir. Belə ki, ötən ilin 5 ayı ərzində 45 dövlət standartının dövri yoxlaması aparılıb”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
6
apa.az

7Mənbələr