“Neftçi” Filip Ozobiçlə yollarını ayırıb.
Sportinfo.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.
Xorvatiyalı yarımmüdafiəçinin başa çatan müqaviləsinin müddəti uzadılmayıb.
2023-cü ilin yayından “Neftçi”də çıxış edən Ozobiç bu müddətdə 70 rəsmi oyunda meydana çıxıb, 16 qol vurub.