AZ

İki dəfə əks yola çıxan sürücü maşınların üzərinə sürdü VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Xırdalan şəhərində yol hərəkəti qaydasını kobud şəkildə pozan sürücü qəza şəraiti yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə şəhərin Həsən Əliyev küçəsində qeydə alınıb. Belə ki, 77-YH-968 qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobilin sürücüsü əks yola çıxaraq ötmə əməliyyatı həyata keçirib. Bu zaman həm görüntünü qeydə alan avtomobili sıxışdırıb, həm də qarşıdan gələn nəqliyyat vasitələrinin yoluna çıxaraq onlara təhlükəli anlar yaşadıb. Bununla kifayətlənməyən sürücü bir az irəlidə yenidən eyni qayda pozuntusuna yol verib.

Fərid

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
avtosfer.az

1Mənbələr