Azərbaycan Standartlaşdırma İnstitutunun təşkilatçılığı ilə keçirilən Milli Mətbuatın 150 illik yubileyinə həsr olunmuş seminarda son illərin standartlaşdırma fəaliyyəti və beynəlxalq əməkdaşlıq sahəsində görülən işlərə dair statistik göstəricilər təqdim olunub. Tədbirdə çıxış edən Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktorunun müavini, baş direktor vəzifəsini müvəqqəti icra edən Kəmalə Məmmədzadə bildirib ki, 2021–2024-cü illər ərzində qəbul olunmuş dövlət standartlarının sayı sürətlə artaraq 36-dan 232-yə çatıb. 2025-ci ilin yanvar-may ayları ərzində isə artıq 86 yeni standart qəbul edilib, 45 standartın dövri yoxlanması həyata keçirilib.Həmçinin, beynəlxalq təmsilçilik sahəsində də əhəmiyyətli nailiyyətlər əldə olunub. Azərbaycan Standartlaşdırma İnstitutu hazırda ISO üzrə 69, MGS üzrə 48, SMIIC üzrə 17, ASTM üzrə 11, IEC üzrə 4 və CEN üzrə 3 texniki komitədə (TK) təmsil olunur.