Bakı. Trend:
Təhsildə Keyfiyyət Təminatı Agentliyi köçürülmə (transfer)məqsədilə qismən akademik tanınma şəhadətnaməsini əldə etməkistəyən vətəndaşlara müraciət edib edib.
Agentlikdən Trend-ə bildirilib ki, xarici dövlətlərdə əldə edilmişali təhsilə aid kvalifikasiyaların tanınması AzərbaycanRespublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsiləaid kvalifikasiyalarının tanınması Qaydaları”na (Qaydalar) uyğunolaraq həyata keçirilir.
Qaydaların 5.9-cu bəndinə əsasən xaricdə natamam ali təhsil alanşəxslər təhsilinin qalan hissəsini Azərbaycan Respublikasının alitəhsil müəssisələrinin birində davam etdirmək üçün ilkin olaraqkvalifikasiyalarının qismən tanınması üçün Təhsildə KeyfiyyətTəminatı Agentliyinə (TKTA) müraciət etməlidir. Ərizəçininkvalifikasiyası qismən tanındıqdan sonra o, AzərbaycanRespublikasının ali təhsil müəssisələrindən birinə köçürülmək üçünmüraciət etmək hüququ əldə edir.
Köçürülmə “Ali təhsil müəssisələrinin bakalavriat (əsas (bazaali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlartərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasınındəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsilmüəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilinimüvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi)Qaydaları”na əsasən həyata keçiriləcəkdir.
Qismən tanınma şəhadətnaməsi ilə əlaqədar olaraq xüsusilə qeydetmək istərdik ki, bu sənəd sahibinə sadəcə AzərbaycanRespublikasınını ali təhsil müəssisələrindən birinə köçürülmək üçünmüraciət etmək hüququ verir.
Məlumat üçün bildiririk ki, TKTA tərəfindən vətəndaşlarınçoxsaylı müraciətləri nəzərə alınaraq, qismən akademik tanınmaprosesinin həyata keçirilməsinin vaxtı 7 iyul saat 18:00-dək qədəruzadılmışdır. Köçürülmə prosesi üçün iştirak edəcək şəxslərəhttps://apply.enic.edu.az/ keçidi vasitəsiləelektron qaydada müraciət etmələri tövsiyə olunur. Qeyd edilənsaatdan sonra edilən müraciətlər nəzərə alınmayacaqdır.
Xüsusilə qeyd etmək istəyirik ki, TKTA yalnız qismən akademiktanınma prosesini həyata keçirir və yekunda təqdim olunanşəhadətnamə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindənhəyata keçirilən köçürülmə üçün tələb olunan sənədlərdənbiridir.
Müraciət edərkən aşağıdakı məqamlara xüsusilə diqqət edilməsizəruridir:
Müraciətçinin təqdim etdiyi akademik transkript apostil möhürüilə leqallaşdırılmalıdır (ətraflı məlumat üçün: https://www.tkta.edu.az/p/nostrify-your-diploma-201#legalization); Müraciətçinin təqdim etdiyi akademik transkriptdə ali təhsilmüəssisəsinə qəbul tarixi aydın şəkildə qeyd olunmalıdır;Müraciətçinin təqdim etdiyi akademik transkriptdə təhsil müddətindəəldə edilmiş kreditlərin ümumi sayının AKTTS üzrə miqdarı açıqşəkildə qeyd olunmalıdır; Müraciətçinin təqdim etdiyi akademiktranskript onun ali təhsil müəssisəsinə qəbul tarixindən etibarənbütün ali təhsil müddətindəki akademik göstəricilərini özündəehtiva edən yekun təhsil sənədi olmalıdır. Müraciətçinin təqdimetdiyi akademik transkript ingilis, rus və türk dillərindən başqadigər dillərdə olduğu halda Azərbaycan dilinə tərcümə və notariatqaydada təsdiq olunmalıdır (ətraflı məlumat üçün: https://www.tkta.edu.az/p/nostrify-your-diploma-201#required-documents-207);
Qeyd: Təqdim edilən sənədlərin autentikliyinin (həqiqi) mümkünolan ən qısa zamanda yoxlanılmasını həyata keçirmək məqsədiləsözügedən sənədlərin QR kod və ya elektron imzalı (keçid (link)əlavə olunmuş şəkildə) olması arzuolunandır.