AZ

"Açıq bankçılıq platformasının yaradılması üzrə işlər davam edir"

Açıq bankçılıq platformasının yaradılması üzrə işlər davam edir.

FED.az xəbər verir ki, Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev bu gün Bakıda keçirilən FINTEX Sammitində çıxış edib.

Zakir Nuriyev bildirib ki, Azərbaycan Mərkəzi Bankı açıq bankçılıq texnologiyasına əsaslanan mərkəzləşdirilmiş platformanın yaradılması və ekosistem iştirakçılarının inteqrasiyası istiqamətində aktiv iş aparır.

O qeyd edib ki, maliyyə ekosisteminin mühüm komponenti olan və innovativ həllərlə öncül mövqeyə malik fintexlər – yəni elektron pul təşkilatları və ödəniş təşkilatları – beynəlxalq standartlara uyğun fəaliyyət göstərir. Hazırda ölkədə 19 elektron pul təşkilatı, 8 ödəniş təşkilatı və 1 ödəniş sistemi operatoru lisenziyalaşdırılıb.

Zakir Nuriyev əlavə edib ki, maliyyə inklüzivliyinin inkişaf etdirilməsi, rəqəmsal ödənişlər sahəsində tənzimləyici-nəzarət çərçivəsinin təkmilləşdirilməsi üzrə işlər davam etdirilir. Xüsusilə məsafədən bank hesablarının açılması və ödəniş alətləri üzrə daha effektiv tənzimləmə tələblərinin müəyyən edilməsi diqqət mərkəzində saxlanılır.

Seçilən
17
fed.az

1Mənbələr