Bakı. Trend:
Fransaya casusluqda ittiham edilən Martin Ryan və dövlətəxəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində DövlətTəhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrənövbəti məhkəmə iclası keçirilib.
Trend xəbərverir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovunsədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Martin Ryan AzadMəmmədlinin ötən prosesdə verdiyi ifadəyə münasibət bildirmək üçünsöz istəyib. Məhkəmə ona şərait yaradıb.
Martin Ryan bildirib ki, Azad Məmmədlinin ifadəsi əsaslı deyil:“O deyib ki, guya mən bəzi Azərbaycan vətəndaşlarını Fransakəşfiyyatının nümayəndələri ilə tanış etmişəm. Lakin bu, belədeyil. İstintaq zamanı bütün şəxslərin adlarını vermişəm. Həminşəxslərlə əlaqəsi yaxşı olan Fransa səfirliyinin əməkdaşı Z.M.olub. O, həmin şəxslərlə təkbətək də görüşüb. Nə bilmişəmsə,hamısını istintaq zamanı bildirmişəm.
Martin Ryan daha sonra ifadəsində göstərib ki, işdə adı keçənÜ.Ə. var: “Sonradan öyrəndim ki, Frederik Devos Fransakəşfiyyatının adamıdır, onlarla əlaqəsi var, təhlükəli adamdır.Bunu biləndən sonra Ü.Ə-yə dedim ki, Frederik Devos təhlükəliadamdır, Fransa kəşfiyyatına xidmət edir. Sonralar Ü.Ə. mənə dediki, Frederik Devosdan sonra gələn digər fransız kəşfiyyatçısı LoranQrard ona əməkdaşlıq təklif edib. O isə bundan imtina edib”.
Azad Məmmədli isə bildirib ki, Martin bu çıxışında da yalandanışır və bunu sübut edə bilər:
“Martin Ryan bu çıxışında da yalan danışır. Bunu sübut etməyimüçün faktları toplayıb, məhkəməyə bildirməyim üçün mənə az müddətlazımdır. Martin bəzi Azərbaycan vətəndaşlarını və 1 xaricivətəndaşı Fransanın kəşfiyyat nümayəndələri ilə tanış edib. Martinfransız dili tədrisi və şahmat dərsləri keçmək adı ilə bəzişəxslərin məlumatlarını onlardan toplayıb Fransa xüsusi xidmətorqanlarına ötürüb”.
Daha sonra təqsirləndirilən Martin Ryanın ibtidai istintaqaverdiyi ifadə elan olunub.
Məlum olub ki, Martin Ryan Fransada Beynəlxalq münasibətlərfakültəsində təhsil aldığı müddətdə R.M, F.H, E.A, E.S. ilə tanışolub.
O, bir müddət sonra E.S-nın dəvəti ilə Azərbaycana gəlib. Burada10 gün qaldıqdan sonra Fransaya qayıdıb. Martin Ryan iki dəfə dəR.M-in dəvəti ilə Bakıya gələrək 3 həftə qalaraq yenidən ölkəsinəqayıdıb.
Görüş ərəfəsində R.M-lə Fransa səfirliyinə gedib, onu əməkdaşlarlatanış edib.
2019-cu ilin dekabr ayında 4-cü dəfə Azərbaycana səfər etsə də,bir müddət qaldıqdan sonra Fransaya qayıdıb, orada az müddət qalıbvə yenidən Azərbaycana geri dönüb. Daha sonra Frederik Devoslaəlaqəsi yaranıb.
Martin Ryan bildirib ki, öncə Frederik Devosun Fransa xüsusixidmət orqanlarında çalışdığını bilməyib. Daha sonra onunsuallarından bunu hiss edib. Əsasən, enerji, neft-qaz, qonşuölkələrlə əlaqə, hərbi əməkdaşlıqla bağlı suallar verib.
44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın silahları,Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı suallar ünvanlayıb.Frederik gedəndən sonra onu Leron Lödi əvəzləyib. Onun suallarınınməğzi də eyni olub.
Proses iyulun 21-də davam etdiriləcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslər 2023-cü il dekabrın 4-dəhəbs olunublar. DTX tərəfindən “Merkorama” MMC-nin baş direktoruolan Martin Ryana qarşı AR Cinayət Məcəlləsinin 276-cı (casusluq)maddəsi üzrə ittiham irəli sürülüb.
İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən,sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuşFransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşlarıtərəfindən agent-casus kimi istifadə edilib. Həmin cinayət işi üzrəMartin Ryanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı AzadMəmmədliyə AR Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət)ilə ittiham irəli sürülüb.