AZ

"Şeron"un keçmiş üzvü: "Xanımda əsas gözəlliyə önəm verirəm"

"Şeron" qrupunun keçmiş üzvü, müğənni Sənan Əliyev etirafı ilə gündəm olub. 

Far.Az xəbər verir ki, MTV kanalında yayımlanan "İki Üz" verilişinə qonaq olan sənətçi xanımlara ən çox xarici görünüşə üstünlük veridyini deyib.

Sənan özünə xanım dost seçərkən də onun gözəl olmasına mütləq diqqət yetirdiyini bildirib:

"Şəxsən mən özüm xanımı görünüş olaraq bəyənməliyəm. Gözəlliyə önəm verirəm. Amma o xanımı həm də xasiyyət baxımından bəyənməliyəm. Bilmirəm niyə? Mən sürətpərəst adamam, gözəlliyə çox önəm verirəm . Əgər dost belə seçirəmsə, o xanımdırsa önəm verirəm ki, o gözəl olsun".

İfaçının bu açıqlaması sosial şəbəkələrdə yayılaraq müzakirə obyektinə çevrilib. 

Seçilən
1
1
far.az

2Mənbələr