AZ

Yolayrıcında qəzaya səbəb olub qaçan sürücü VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Yol ayrıcında baş verən yol-nəqliyyat hadisəsi bir daha sübut edir ki, görünmə məhdudiyyəti olan ərazilərdə sürücülər ikiqat diqqətli olmalıdır. Qəza nəticəsində “BYD” və “Toyota” markalı avtomobillər toqquşub.

Avtosfer.az xəbər verir ki, “Mercedes” markalı avtomobil yolayırıcından çıxarkən arxasınca gələn “BYD” markalı avtomobil bu keçmək istəyərkən, “Toyota”nı görməyib və nəticədə, qəza baş verib. Toqquşma zamanı nəqliyyat vasitələrinə ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Qəzanın səbəbi kimi sürücünün dönmə əməliyyatı zamanı ərazidəki görünmə imkanlarını düzgün qiymətləndirməməsi və tələskənlik göstərməsi bildirir. Ekspertlər qeyd edirlər ki, bu cür yol qovşaqlarında manevr etməzdən öncə sürücülər ətrafı tam şəkildə görmədən hərəkətə başlamamalıdırlar.

Bu hadisə bir daha göstərdi ki, görünmə məhdudiyyəti olan yerlərdə diqqətsizlik və düzgün qiymətləndirilməmiş risklər ciddi nəticələrə səbəb ola bilər. Sürücülərə tövsiyə olunur ki, təhlükəsiz hərəkət təmin edilməyibsə, nəqliyyat vasitəsini tam dayandırıb ətrafı tam yoxlamaq, təhlükəsizliyə əmin olduqdan sonra davam etsinlər.

Eltac

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
avtosfer.az

1Mənbələr