ain.az, Idman.biz portalına istinadən məlumat yayır.
Gürcüstanın Batumi şəhərində keçiriləcək qadınlar arasında şahmat üzrə Dünya kubokunun püşkatması olub.
İdman.biz xəbər verir ki, yarışda Azərbaycanı 4 şahmatçı təmsil edəcək.
Onların ilk mərhələdəki rəqibləri bəlli olub: Gövhər Beydullayeva Anahita Zahedifar (İran), Ülviyyə Fətəliyeva Jilinq Janq (Avstraliya), Xanım Balacayeva Elnaz Kaliaxmet (Qazaxıstan), Gülnar Məmmədova isə Yunşan Li (Çin) ilə qarşılaşacaq.
İyulun 5-dən 29-dək nokaut sistemi üzrə keçiriləcək Dünya kubokunda üç ən yaxşı şahmatçı İddiaçılar Turnirinə vəsiqə qazanacaq.
İdman.biz
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.