Bakı. Trend:
İyunun 23-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEAİctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı MediaMərkəzinin rəhbəri Arzu Əliyeva Xızı rayonuna səfər ediblər.
IDEA İctimai Birliyindən Trend-ə bildirilib ki, səfər çərçivəsində LeylaƏliyevanın təşəbbüsü ilə əsaslı şəkildə yenidən qurulan Xızı rayonUşaq-Gənclər İdman-Şahmat Məktəbinin açılışı olub. Yenilənmişməktəb binası lazımi tədris avadanlıqları ilə təchiz olunub,uşaqların intellektual inkişafına yönəlmiş təlim şəraitiyaradılıb.
Leyla Əliyeva məktəbdə yaradılmış şəraitlə tanış olub,şagirdlərlə səmimi söhbət apararaq onların təhsil sahəsindəkinailiyyətləri ilə yaxından maraqlanıb.
Leyla Əliyevaya məktəbin fəaliyyəti və burada təşkil edilənşahmat dərsləri barədə ətraflı məlumat verilib. Tədbir zamanıməktəblilərə müxtəlif hədiyyələr təqdim olunub.
Bundan əlavə Xızı rayonunun Giləzi qəsəbəsində 100-ə yaxın uşağaidman geyim dəstləri və futbol topları təqdim olunub.