AZ

Zelenski: NATO sammitində Trampla görüşmək niyyətindəyəm

Ukrayna Prezidenti Volodimir Zelenski Haaqada keçiriləcək NATO sammitində ABŞ lideri Donald Trampla görüşməyi planlaşdırdığını təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə V.Zelenski “Sky News”a müsahibəsində deyib.

"Mən Trampla görüşməyi planlaşdırıram. Əslində, nə baş verəcəyini bilmirəm. Komandalar bu məsələ üzərində işləyirlər. Bəli, görüş planları var", - o qeyd edib.

Xatırladaq ki, NATO sammiti iyunun 24-25-də keçiriləcək.

Gülnar Mahmudova

Seçilən
375
50
report.az

10Mənbələr