Bakı. Trend:
Peşəkar Futbol Liqasının icraçı-direktoru Zaur Hacı-MəhərrəmovUEFA-dan təyinat alıb.
Trend xəbərverir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
O, UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsindəiyulun 10-da keçiriləcək “Torpedo-BelAZ” (Belarus) - “Rabotniçki”(Şimali Makedoniya) oyununun UEFA nümayəndəsi olacaq.
Qarşılaşma Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş”stadionunda oynanılacaq.