AZ

Sabah hava əsasən yağmursuz olacaq

Azərbaycanda iyunun 25-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 18-21, gündüz 25-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində - 761 millimetr civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 40-45 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-21, gündüz 29-33, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacağı ehtimal edilir.

Seçilən
1
49
yeniazerbaycan.com

10Mənbələr