"Regionlarda əmlakın dəyəri Bakı ilə müqayisədə daha aşağıdır. Burada ilk baxışda differensiasiyanın pozulmasını qeyd edə bilərik. İpoteka kreditləri üzrə limitlər yalnız yuxarı hədləri müəyyən edir. Yəni yuxarı hədd müəyyən olunub ki, güzəştli ipoteka üzrə yalnız 100 min manatdan istifadə oluna bilər".
Bu sözləri Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib.
Ekspert əlavə edib ki, dövlət heç kimə hansısa məbləğdə evin alınması ilə bağlı tələb qoymur: "Yəni, bu tələb ipoteka götürənin ödəniş şərtlərindən və tapdığı mənzildən asılı olaraq dəyişir. Vətəndaş əgər 80 min manat dəyərində ev tapıbsa və 60 min manat ipoteka götürmək istəyirsə, bu məbləği ala bilir. Tutaq ki, vətəndaş 300 min manatlıq ev almaq istəyirsə, o ipoetka ilə yalnız 100 min manat pul götürə biləcək. Qalan məbləğ isə şəxsi vəsaitlə ödəniləcək.
Bu məsələdə qeyri-adi tələb yoxdur. Həmçinin regionlarla bağlı məsələdə də fərqilik olmur. Əvəllər Bakı və Abşeron üzrə ipoetakaya müraciət edənlərin fais nisbəti 97-98 faiz idisə, hazırda regionlarda da ipoetakaya müraciət edənlərin sayı 15 faizi ötür. İpoteka Fondunun müəyyən etdiyi qaydalar və faizlər regiondan asılı olmayaraq dəyişməzdir"./BAKU.WS