AZ

Konqres Trampın müharibə səlahiyyətləri qətnaməsini bloklayıb

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 24 iyun, AZƏRTAC

ABŞ Konqresinin Nümayəndələr Palatasının respublikaçı spikeri Mayk Conson ABŞ-ın İrana müdaxiləsinin qarşısını almağa yönələn müharibə səlahiyyətləri qətnaməsinə qarşı çıxaraq Prezident Donald Trampa dəstəyini nümayiş etdirib.

AZƏRTAC xəbər verir ki, “The Hill” qəzetinin məlumatına görə, ötən həftə respublikaçı Tomas Messi və demokrat Ro Hanna Konqresin icazəsi olmadan ABŞ Prezidenti tərəfindən hərbi qüvvələrin xaricdə istifadəsini məhdudlaşdıran müharibə səlahiyyətləri qətnaməsini təqdim ediblər.

“Hesab etmirəm ki, hazırda hərbi səlahiyyətlər barədə qətnamə üçün uyğun vaxtdır və mən bunun lazım olduğunu da düşünmürəm”, - deyə Mayk Conson bildirib.

Onun sözlərinə görə, 80 il ərzində hər iki partiyanın prezidentləri Konqresin təsdiqi olmadan müxtəlif ölkələrə hərbi zərbələrə icazə veriblər. Cozef Bayden Yaxın Şərqdə üç hərbi əməliyyata başlayıb. Barak Obama isə Liviyada rejimi devirmək üçün səkkiz aylıq bombardman kampaniyasına start verib.

“Mən heç vaxt demokratların buna qarşı çıxdığını eşitməmişəm və indi onlar sadəcə qəzəblidirlər. Bütün bunlar siyasətdir və hazırda siyasət vaxtı deyil”, - deyə spiker əlavə edib.

Mayk Consonun mövqeyinə baxmayaraq Tomas Messi və Ro Hanna qanun layihəsinin təqdim edildiyi iyunun 17-dən 15 gün sonra onunla bağlı səsvermə keçirə bilərlər.

Qeyd edək ki, ABŞ-ın İrana hücumu siyasi müstəvidə birmənalı qarşılanmayıb. Demokratlar Konqresin icazəsi olmadan Donald Trampın İrana zərbələr endirmək qərarını tənqid edərkən, respublikaçılar Tehranın nüvə proqramını cilovlamaq üçün atılan addımı alqışlayıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
1
azertag.az

2Mənbələr