Bakı-Quba yolunda qəza olub.
APA xəbər verir ki, hadisə Bakı-Quba yolunun Tağıyev qəsəbəsi ərazisindən keçən hissəsində baş verib. İdarəetməni itirən “Infinity” markalı minik avtomobili aşıb.
Qəza nəticəsində avtomobilin sürücüsü hadisə yerində ölüb. Avtomobildə olan sərnişin isə xsarət alaraq xəstəxanaya yerləşdirilib.
Fakt araşdırılır.