AZ

"İmişli"nin yeni baş məşqçisi bilindi - RƏSMİ

Yeni mövsümdən Premyer Liqada çıxış edəcək "İmişli" klubunun yeni baş məşqçisi bəlli olub.

Fanat.Az xəbər verir ki, Aran təmsilçisi bu barədə sosial şəbəkə hesabı üzərindən məlumat yayıb.

"İmişli" portuqaliyalı məşqçi Jorje Kaşkilyaya tapşırılıb. 56 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb.

Kaşkilyanın köməkçiləri Kriştianu Duraes, Qilerme Kadete olacaq. Qapıçılar üzrə məşqçi Elşad Tahirov, fiziki hazırlıq üzrə məşqçi isə Ulian Qoqa təyin edilib.

Qeyd edək ki, Jorje Kaşkilya indiyədək ən çox Portuqaliyada, 1-ci, əsasən isə 2-ci liqa komandalarında çalışıb. Onun son klubu isə Çexiyanın 3-cü liqa təmsilşisi "Znojmo" FK olub. 2024-cü ilin sentyabrında bu kluba baş məşqçi təyin edilən Kaskilya 2025-cü ilin martında (9 oyundan sonra) istefaya göndərilib.

Seçilən
5
fanat.az

1Mənbələr