AZ

Müğənni Jessie J əməliyyat olundu

Kulis.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Price tag” mahnısı ilə tanınan Jessie J bir neçə həftə öncə xərçəngə tutulduğunu açıqlamışdı.

Kulis.az xəbər verir ki, məşhur müğənni əməliyyat olunduğunu bildirib.

37 yaşlı ulduz qeyd edib: “Bunu pərəstişkarlarımla və məni önəmsəyən insanlarla bölüşmək istəyirəm, həmçinin paylaşmağı sevən biriyəm. Həyatımda yaşadığım hər şeyi hər zaman paylaşmışam. “No Secrets” mahnım işıq üzü görməmişdən əvvəl döş xərçəngi diaqnozu qoyulmuşdu. Hazırda əməliyyatdan sonra evimdəyəm və istirahət edirəm. Bu yolda həm yaxşı, həm də çətin anları paylaşmağa davam edəcəyəm. Hazırda çətin bir dövrdən keçən hər kəsi qucaqlayıram.”

Qeyd edək ki, müğənninin peşəkar basketbolçu Chanan Safir Colman ilə birlikdə iki uşağı var.

Yeni Kornelius Fudc bəlli oldu

Ailəsini atıb "müqəddəs ata" olan, rahibəylə eşq yaşayan azərbaycanlı şair

Elgün üçün susma! - Günün şeiri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
1
kulis.az

2Mənbələr