AZ

İranlı forvard Türkiyə yolunda Agenti İstanbul nəhəngi ilə danışıq aparır

ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yeni mövsüm öncəsi heyətini gücləndirmək istəyən "Beşiktaş" "İnter"in forvardı Mehdi Taremini transfer edə bilər. 

Fanat.Az xəbər verir ki, informasiyanı italiyalı jurnalist Canluici Lonqari yayıb. 

Mənbənin məlumatına görə, Milan nəhəngində çıxış edən iranlı hücumçunun meneceri futbolçusunu Türkiyə bazarına təqdim edib və konkret, “Beşiktaş”la əlaqə saxlayıb. "Ağ-qaralar"ın bu təklifə isti yanaşdığı, keçidi reallaşdırmaq üçün maliyyə mənbəyi axtarmağa başladığı bildirilir.

32 yaşlı Mehdi Taremi klub karyerasında 445 rəsmi matçda 202 qol vurub, 101 məhsuldar ötürmə ilə seçilir. Ən məhsuldar dövrünü "Portu"da keçirən iranlı forvard sözügedən komandada 182 matçda 91 qol vurub. “İnter”də gözləntiləri aşağı salan Taremi bu mövsüm 43 matçda cəmi 3 qol vura bilib.

Taremi İran millisinin heyətində 93 dəfə meydana çıxıb və 53 dəfə fərqlənib. Futbolçunun hazırkı bazar dəyəri təxminən 3,5 milyon avrodur. 2024-cü ilin yayında "Portu"dan "İnter"ə azad agent kimi transfer olunan Tareminin müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.

Mirağa

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
fanat.az

1Mənbələr