İyunun 23-də vətəndaşların bank kartlarından 6000, 1200, 778, 693, 647, 650, 457, 370, 365, 241, 70 manat pul vəsaitləri kiber üsulla oğurlanıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə məlumatı DİN rəsmisi Elşad Hacıyev paylaşıb. O bildirib ki, bu hallar adətən naməlum nömrələrdən gələn zəng və SMS-lər, habelə saxta saytlar və platformalar vasitəsilə həyata keçirilir:
“Şəxsi bank kartı məlumatlarını, xüsusilə, kartın nömrəsini, PIN kodunu, CVV kodunu və bir dəfəlik təsdiq (OTP) şifrələrini heç bir halda digər şəxslərlə, o cümlədən özünü bank və ya dövlət qurumu əməkdaşı kimi təqdim edən şəxslərlə paylaşmaq olmaz.
Vətəndaşlar şübhəli hallarla rastlaşdıqda dərhal polis orqanlarına və banklara müraciət etməlidir”.
Gülşən Rəsul