“Neftçi” klubu Filip Ozobiçlə yollarını ayırıb.
Publika.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.
Yarımmüdafiəçinin başa çatan müqaviləsinin müddəti uzadılmayıb.
2023-cü ilin yayından “Neftçi”də çıxış edən Ozobiç bu müddətdə 70 rəsmi oyunda meydana çıxıb, 16 qol vurub. Azərbaycan millisinin sabiq üzvü daha əvvəl ölkəmizdə "Qəbələ" və "Qarabağ"da çıxış edib.