AZ

Xarici maliyyə mənbələri ilə bağlı bank əməliyyatları sərtləşdirilir

Qeydiyyata alınmamış xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla bilməz.

"Cebheinfo.az" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunlara təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edilib ki, bu dəyişiklik sadalanan xidmətlərdə şəffaflığın təmin edilməsi məqsədi daşıyır. Xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında qeydiyyata alınmamış müqavilə üzrə xidmətlər göstərən və ya işlər görən yaxud bununla əlaqədar maliyyə vəsaiti və (və ya) başqa maddi formada vəsaiti və (və ya) başqa maddi formada vəsait qəbul edilməsi müvafiq qaydada inzibati məsuliyyətə səbəb olacaq.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

"Cebheinfo.az" 

 

Seçilən
3
28
cebheinfo.az

10Mənbələr