AZ

AMB: "Ödəniş kartları ilə nağdsız ödənişlərin aylıq həcmi 10 milyard manata yaxınlaşıb"

Azərbaycanda ödəniş kartları ilə nağdsız əməliyyatların həcmi sürətlə artır.

FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvü Vüsal Xəlilov bu barədə bu gün Bakıda keçirilən FINTEX Sammitində danışıb.

Vüsal Xəlilov bildirib ki, 2024-cü il ərzində ölkəmizdə fəaliyyət göstərən bankların emissiya etdiyi ödəniş kartları vasitəsilə dövriyyənin ümumi həcmi 126 milyard AZN-dən çox olub ki, bu da 2023-cü illə müqayisədə 27%-lik artım deməkdir.

O qeyd edib ki, 2025-ci ilin aprel ayına dair məlumatlara əsasən, ödəniş kartları vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin aylıq həcmi 10 milyard AZN-ə yaxınlaşıb.

Əlavə olaraq, 2025-ci ilin ilk dörd ayı ərzində ölkədaxili ödəniş kartları ilə icra edilmiş nağdsız ödənişlərin həcmi 67%-dən, əməliyyatların sayı isə 91%-dən çox təşkil edib. Bu isə, ölkədaxili ödəniş kartları ilə edilən hər on əməliyyatdan doqquzunun nağdsız formada həyata keçirildiyini göstərir.

Seçilən
0
11
fed.az

10Mənbələr