AZ

Bakıda magistral yolda TƏHLÜKƏLİ ANLAR - Hərəkətdə olan maşının təkəri çıxdı – VİDEO

Bakıda magistral yolda təhlükəli anlar yaşanıb.

Bizim.Media xəbər verir ki, bu barədə görüntülər BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, aerport yolunda bu gün səhər saatlarında hərəkət edən yük maşınının təkəri çıxıb.

Kadrlardan da görünür ki, təkər hərəkət edən digər maşınların arası ilə onlara toxunmadan keçir.

Şahidinin sözlərinə görə, xoşbəxtlikdən hadisə ağır fəsadlarla nəticələnməyib. Təkəri çıxmış yük maşını isə yolun sağ tərəfinə keçərək dayanıb.

Hadisə anına dair kadrları təqdim edirik:


Bizim.Media

Seçilən
54
37
bizim.media

10Mənbələr