AZ

ABŞ və Rusiya “qıcıqlı” mövzuları müzakirə edəcəklər | VİDEO

AzVision.az xəbər verir ki, “İzvestiya” qəzetinə müsahibəsində Rusiyanın Xarici İşlər nazirinin müavini Sergey Ryabkov Rusiya və ABŞ-nin viza və nümayəndə heyəti mübadiləsi ilə bağlı ən aktual məsələləri artıq həll etdiklərini deyib.

Rusiya diplomatik əmlakının ABŞ-a qaytarılması və birbaşa hava nəqliyyatının bərpası istiqamətində isə işlər davam edir.

“Biz düşünürük ki, “qıcıqlandırı mövzular” adlandırdığımız məsələlər üzrə ikitərəfli məsləhətləşmələrin üçüncü raundu yaxın gələcəkdə baş tutmalıdır. Ağ Ev də bu səylərin davam etdirilməsi zərurətini etiraf edir”, - rusiyalı diplomat vurğulayıb.

Müvafiq danışıqların vaxtının və yerinin razılaşdırılmalı olduğunu bildirən Sergey RyabkovRusiya tərəfinin bununla bağlı işləyəcəyini söyləyib.

Xatırladaq ki, sözügedən məsələlərlə bağlı aprelin 10-da İstanbulda Rusiya-Amerika danışıqlarının ikinci raundu baş tutub.

İyunun 16-da isə Rusiya ilə ABŞ arasında ikitərəfli münasibətlərdə qıcıq doğuran amillərin aradan qaldırılmasına yönəlmiş görüşün Amerika tərəfinin təşəbbüsü ilə ləğv edildiyi açıqlanıb.


Sahil İsgəndərov
AzVision.az
Seçilən
3
50
azvision.az

10Mənbələr