Türkiyəli jurnalist Timur Soykan sosial şəbəkədəki paylaşımlarına görə saxlanılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı onun həmkarı Şule Aydın paylaşım edib.
Məlumata görə, İstanbulda saxlanılan jurnalist Vətən Polis İdarəsinə aparılıb.
İstanbul Prokurorluğu Soykanın “ictimaiyyəti çaşdıran məlumat yaydığı” üçün saxlandığını açıqlayıb.