Türkiyəli jurnalist Timur Soykan sosial şəbəkədəki paylaşımlarına görə saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı onun həmkarı Şule Aydın paylaşım edib.
Məlumata görə, İstanbulda saxlanılan jurnalist Vətən Polis İdarəsinə aparılıb.
İstanbul Prokurorluğu Soykanın “ictimaiyyəti çaşdıran məlumat yaydığı” üçün saxlandığını açıqlayıb.