AZ

Pezeşkiandan Qətər Əmirinə zəng: Təəssüf edirəm

BAKI, 24 iyun. TELEQRAF

“İran Prezidenti Məsud Pezeşkian Əl-Udeyd hərbi hava bazasına hücumdan təəssüfləndiyini bildirib”.

Teleqraf xəbər verir ki, bunu Qətər Baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman əl-Tani deyib.

“Müşahidə etdiyimiz pozuntulara baxmayaraq, ABŞ Prezidentinin (Donald Tramp) atəşkəs bəyanatını alqışlayırıq. İran Prezidenti (Məsud Pezeşkian) Qətər Əmirinə (Şeyx Təmim bin Həməd əl-Tani) zəng edərək, baş verənlərdən təəssüfləndiyini bildirib.

ABŞ bizdən atəşkəs üçün İranla aralarında vasitəçilik etməyimizi xahiş edib, biz də lazımi təmasları həyata keçirmişik”, - baş nazir qeyd edib.

Xatırladaq ki, İran Silahlı Qüvvələri dünən ABŞ Hərbi Hava Qüvvələrinin iyunun 22-də nüvə obyektlərinə hücumuna cavab olaraq, Vaşinqtonun Qətərdəki hərbi bazasına (Əl-Udeyd) raket zərbələri endirmişdi.

Hücumdan sonra Qətər İrana nota verərək, ona cavab vermək hüququnu özündə saxladığını bəyan edib.

Seçilən
56
25
teleqraf.com

10Mənbələr