"Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı avtomobildə sərnişin olmayıb".
Bu barədə Oxu.az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Qeyd olunub ki, hadisə bu gün saat 6:55-də Bakı-Quba yolunun 69-cu kilometrliyində, Xızı rayonunun Məşədi Həsən qəsəbəsində, üzü Bakı istiqamətində baş verib.
Həsən Şamil oğlu Şabanovun idarə etdiyi "Infinity" markalı 90-HH-960 dövlət nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq aşıb. Ağır xəsarət alan sürücü hadisə yerində həyatını itirib.
Hadisəyə ilkin ehtimal kimi avtomobilin asfalt yoldan daşlıq sahəyə keçərək sürüşməsi göstərilir. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilir.
13:36
Bakı-Quba yolunda ölümlə nəticələnən avtomobil qəzası olub.
Moderator.az "Report"a istinadən xəbər verir ki, Bakı-Quba avtomobil yolunun Hacı Zeynalabdin qəsəbəsi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə zamanı "Infinity" markalı avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində sürücü hadisə yerində ölüb, maşında olan sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.