AZ

İlham Əliyev: Azərbaycan qazına bu gün dünya bazarlarında böyük tələbat var

Hər kəs yaxşı bilir ki, Azərbaycan qazına bu gün dünya bazarlarında böyük tələbat var.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimində çıxış edərkən deyib.

“Nə qədər biz daxildə təbii qaza qənaət etsək, ixrac imkanlarımız da bir o qədər artacaq”, - Prezident qeyd edib.

Dövlət başçısı bildirib ki, “8 Noyabr” Stansiyasının istismara verilməsi bir çox məqsədləri təmin edəcək, enerji sisteminin səmərəliliyi artırılacaq, potensial, generasiya gücü artacaq, eyni zamanda, şərti yanacaq sərfiyyatı kəskin aşağı düşəcək və beləliklə, bu, təbii qaza qənaət etmək üçün imkan yaradacaq:

“Beləliklə, burada şərti yanacağın sərfiyyatının az olması bizə əlavə qazanc gətirəcək. Təbii olaraq, biz təbii qazın qənaətini, eyni zamanda, bərpaolunan layihələrdə görürük və görəcəyik”.

Seçilən
6
23
aznews.az

10Mənbələr