AZ

"Kurtlar Vadisi"nin Palası illər sonra ekranlara qayıdır

"Kurtlar Vadisi"nin Palası illər sonra ekranlara qayıdırMəşhur "Kurtlar Vadisi"nin Palası olan aktyor Yüksel Arıcı uzun illərdən sonra ekrana qayıtmağa hazırlaşır.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Arıcı iştirak etdiyi tədbirdə Paladan ilhamlanaraq yeni film layihəsi üzərində çalışdğını açıqlayıb.

Aktyor: "Pala çox sevilən bir personaj idi. O, pis adam ola bilərdi, amma Türkiyə bu obrazı sevdi. Pala filmi olmayacaq, amma onun ruhunu daşıyan güclü bir hekayə yaradırıq" deyə açıqlamasında bildirib.

Qeyd edək ki, Yüksel Arıcı sonuncu dəfə 2017-ci ildə "Eşkıya Dünyaya Hükümdar Olmaz" serialında rol alıb.

Seçilən
278
19
sonxeber.az

10Mənbələr