“Sportinfo TV”nin yeni “youtube” layihəsi “Futbol manşet” verilişinin növbəti buraxılışı efirə gedib.
Tanınmış jurnalist Elçin Cəfərovun təqdimatında yayımlanan verilişin qonağı “Pro” kateqoriyalı məşqçi Azər Bağırov olub.
Çalışdırıcı “Kəpəz”dən ayrılmasına münasibət bildirib, həmçinin komandalarımızın avrokuboklardakı şanslarını dəyərləndirilib.
“Qarabağ”ın mövcud heyəti üzərindən fikrini açıqlayıb, onları avrokuboklarda gözləyən perspektivdən söz açıb. çatışmazlıqlarını dilə gətirib.
Verlişdə Azərbaycan futbolunda baş verən son hadisələrə toxunulub, aktual müzakirələrdə maraqlı fikirlər səsləndirilib.
Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir.Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.
Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.
Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.