AZ

Azərbaycanda internet provayderlərinin fəaliyyətinə dair standartlar hazırlanacaq

AzVision.az xəbər verir ki, bunu Milli Mətbuatın 150 illik yubileyinə həsr olunmuş standartlaşdırma sahəsində maarifləndirici seminarda Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktorunun müavini, baş direktor vəzifəsini müvəqqəti icra edən Kəmalə Məmmədzadə deyib.

O bildirib ki, əvvəllər informasiya təhlükəsizliyi ilə bağlı tətbiq edilən standartlar artıq aktual deyil və müasir texnoloji çağırışlara cavab vermir.

“Əvvəllər istifadə olunan standartlar indiki şəraitdə informasiya təhlükəsizliyi üçün kifayət etmir. Hazırda biz bu sahədə daha geniş, əhatəli, müasir tələblərə uyğun standartlar hazırlayırıq. Bu standartlar yalnız İT infrastrukturu ilə məhdudlaşmır, həm də xidmət sahələrini, internet bağlantılarını, informasiya axınını və provayderləri əhatə edir. Beynəlxalq ISO və IEC standartları əsasında yerli şəraitə uyğunlaşdırılmış sənədlər hazırlanır və biz onları yerli tərəflərin maraqlarını da nəzərə almaqla milli qanunvericiliyə uyğunlaşdırırıq. Bu istiqamətdə əhəmiyyətli irəliləyiş əldə olunub”.

O əlavə edib ki, hələlik internet provayderlərinin fəaliyyətinə dair konkret xidmət standartları mövcud olmasa da, bu sahədə də sənədlərin hazırlanması planlaşdırılır: “İT infrastrukturuna dair müəyyən standartlar artıq mövcuddur və tətbiq edilir. Bu standartlardan dövlət orqanları və bəzi özəl şirkətlər istifadə edir. Provayder xidmətlərinə dair standartların hazırlanması isə planlarımızdadır”.

AzVision.az

Seçilən
7
5
azvision.az

10Mənbələr