AZ

Muharrem İnce yenidən CHP-də!

Türkiyədə Memleket Partiyasının rəhbəri Muharrem İnce yenidən doğma partiyası olan Cümhuriyyət Xalq Partiyasına (CHP) qatılıb. İnce bu gün Türkiyə Böyük Millət Məclisində CHP-nin qrup toplantısında iştirak edərək keçmiş partiyasına rəsmi olaraq qayıdıb.

CHP-nin yeni sədri Özgür Özel və Muharrem İnce toplantıya birlikdə gəliblər. Özel İnce ilə bağlı duyğusal çıxışı zamanı "Mən ona rozeti taxa bilmərəm, onun rozeti doğuşdan alnında var" ifadəsini işlədərək İncenin partiyaya qayıdışını elan edib.

Özgür Özel: "Baba ocağına xoş gəldin!"

CHP lideri Özgür Özel çıxışında, keçən həftə İnce ilə görüşdüyünü və onu partiyasına qayıtmağa dəvət etdiyini vurğulayıb. O, Memleket Partiyasının borclarının olmadığını və bu səbəbdən partiyanın özünü buraxmaq qərarına gəldiyini açıqlayıb:

“Bir yol yoldaşımızı yenidən aramızda görməkdən qürur duyuruq. Onu keçən həftə baba ocağına dəvət etdim. Memleket Partiyası özünü buraxır və biz onları da aramızda görmək istəyirik. İncenin alnında olan rozet bütün ölkəyə bəllidir.”

Muharrem İnce isə kürsüdən xalqa müraciət edərək, "Qurtuluş tək başına deyil, ya hamımız birlikdə, ya da heç kim!" deyə çıxışını tamamlayıb.

“Birləşərək qalib gələcəyik!”

Muharrem İnce sosial şəbəkədə paylaşım edərək Marmara həbsxanasında saxlanılan Ekrem İmamoğlunun ona yazdığı məktubu paylaşdı. O, paylaşımında "Birləşərək qalib gələcəyik!" ifadəsini qeyd edərək birlik və həmrəyliyə çağırış edib.

Seçilən
27
50
aznews.az

10Mənbələr