AZ

Culiya Bekker: KİV süni intellekt tərəfindən yaradılan kontenti vurğulamağa borcludur

Süni intellektin müxtəlif sahələrdə, o cümlədən Kütləvi İnformasiya Vasitələrində (KİV) istifadəsi qəbul ediləndir, lakin onun tətbiqi məqsədəuyğun və düşünülmüş olmalıdır.

“Report”un əməkdaşının məlumatına görə, bunu “Funke Media Group” nəşriyyat evinin Müşahidə Şurasının sədri Culiya Bekker “Avropa Nəşriyyat Konqresi-2025”də çıxışı zamanı bildirib.

"Süni intellektin nəzarətsiz istifadəsi təkcə demokratiyaları dağıtmaz, həm də onları yox edə bilər. Əgər biz qaydalar və digər nüanslar barədə razılığa gəlməsək bunlar baş verəcək", - o qeyd edib.

C.Bekkerin sözlərinə görə, əgər süni intellektin inkişafı və istifadəsi nəzarət altında olmasa, bu, dipfeyklər kimi ciddi çağırışlara səbəb ola bilər: “Bunlar da çox vaxt olduqca inandırıcı görünür”.

O bildirib ki, nəticədə, bu, oxucuların etimadını sarsıdır: "Bu gün dipfeyki etibarlı məlumatdan ayırd etmək daha çətindir və məhz buna görə insanların kütləvi informasiya vasitələrinə inanması getdikcə çətinləşir".

Məlumat yenilənir

Seçilən
5
report.az

1Mənbələr