AZ

Azərbaycanda antikorrupsiya standartı hazırlanır

Bakı. Trend:

Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) “Rüşvətxorluğaqarşı idarəetmə sistemləri" standartının yenilənməsi istiqamətindəişlərə başlayıb.

Trend xəbərverir ki, bu sözləri Azərbaycan Standartlaşdırma İnstitutunun başdirektorunun müavini Kəmalə Məmmədzadə “Standartın rolu vəəhəmiyyəti” mövzusunda keçirilən seminarda çıxış edərək deyib.

Onun sözlərinə görə, AZSTAND-ın əməkdaşları artıq bu standartın2025-ci ildə qüvvəyə minəcək yeni versiyasını hazırlayıb vəaidiyyəti üzrə təqdim ediblər.

“Hazırda sənəd texniki komitədə müzakirə mərhələsindədir.Standartların qəbul prosesi müəyyən prosedurlar əsasında həyatakeçirilir. Texniki komitə ilkin razılıq verdikdən sonra təqdimedilən sənədlər ekspertiza mərhələsinə daxil edilir. Ekspertizabaşa çatdıqdan və rəy verildikdən sonra standart rəsmi şəkildəqəbul olunur. Hazırda qüvvədə olan versiya standartın əvvəlki köhnəvariantıdır. Yeni versiyanın qəbulundan sonra bu sənəd qüvvədəndüşəcək və 2025-ci il versiyası hüquqi qüvvə qazanacaq”, - deyəKəmalə Məmmədzadə qeyd edib.

Məqalədə:
Seçilən
7
10
az.trend.az

10Mənbələr