İsrailin İrana hücumunda ölənlərin sayı açıqlanıb
Ajans.az xəbər verir ki bunu İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Məhəmməd Rza Zəfərqəndi bu gün Nazirlikdə keçirilən Fövqəladə Hallar Komitəsinin 6-cı iclasında deyib. Onun sözlərinə görə, İsrailin hücumlarında 5 332 nəfər yaralanıb. Zəfərqəndi deyib ki, təkcə ötən 24 saat ərzində İsrailin hücumları 107 nəfərin ölməsi və 1 342 nəfərin yaralanması ilə nəticələnib. İranlı nazir ölənlərin 95%-nin cəsədləri uçqunlar altından çıxarılıb və sadəcə 5% xəstəxanalarda ölüb. Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.