AZ

“Real”a Mbappedən şad xəbər

“Real”ın hücumçusu Kilian Mbappe Klublararası dünya çempionatının qrup mərhələsində “Zalsburq”la görüşdə iştirak edə bilər.

İdmanxeber.az-ın məlumatına görə, 26 yaşlı futbolçu bir müddətdir qastroenteritdən əziyyət çəkirdi. Mbappe artıq qrup mərhələsinin “Əl-Hilal” (1:1) və “Paçuka” (3:1) ilə ilk iki matçını buraxıb.

“Zalsburq”la oyun iyunun 28-də baş tutacaq.

İyunun 19-da Mbappe bağırsaq infeksiyası ilə xəstəxanaya yerləşdirilib. Ona kəskin qastroenterit diaqnozu qoyulub. Həmin gün o, Mayami xəstəxanasından buraxılıb.

Seçilən
47
15
idmanxeber.az

8Mənbələr