AZ

Növbəti köç karvanları Həsənriz və Sarıcalı kəndlərinə çatıb

15:15

Ağdərə rayonunun Həsənriz kəndinə və Ağdam rayonunun Sarıcalı kəndlərinə yola salınan növbəti köç karvanı artıq bu kəndlərə çatıb.

Həsənriz və Sarıcalı kəndlərinə köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Həsənrizə 40 ailə (146 nəfər), Sarıcalıya isə 1 ailə (4 nəfər) qayıdıb.

***

12:06

Ağdərə və Ağdam rayonlarına növbəti köç karvanı yola salınıb.

Yenidən qurulan Ağdərə rayonunun Həsənriz kəndinə və Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı göndərilib.

Bu ərazilərə köç edənlər ölkənin müxtəlif regionlarında, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Həsənrizə 40 ailə (146 nəfər), Sarıcalıya isə 1 ailə (4 nəfər) köçürülür.

Erməni işğalından azad edilmiş ərazilərə qayıdanların ümumi sayı:

Laçın – 2090 nəfər (570 ailə)
Zabux (Laçın rayonu) – 823 nəfər (217 ailə)
Sus (Laçın rayonu) – 215 nəfər (59 ailə)
Bəylik (Laçın rayonu) – 316 nəfər (79 ailə)
Füzuli – 3136 nəfər (823 ailə)
Ağalı (Zəngilan rayonu) – 871 nəfər (175 ailə)
Suqovuşan (Ağdərə) – 591 nəfər (180 ailə)
Talış (Ağdərə rayonu) – 90 nəfər (20 ailə)
Həsənriz (Ağdərə rayonu) – 452 nəfər (130 ailə)
Şuşa – 1396 nəfər (371 ailə)
Xocalı (Xocalı rayonu) — 347 nəfər (86 ailə)
Ballıca (Xocalı rayonu) – 830 nəfər (178 ailə)
Cəbrayıl — 2303 nəfər (512 ailə)
Sarıcalı (Ağdam rayonu) – 771 nəfər (185 ailə)
Kəngərli (Ağdam) – 799 nəfər (187 ailə)
Cəmi: 15 030 nəfər Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 minə yaxın insan yaşayır.
Seçilən
16
9
veteninfo.az

10Mənbələr