İyunun 26-dan 29-dək Şimali Makedoniyanın paytaxtı Skopyedə cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatı keçiriləcək.

Offsideplus.az xəbər verir ki, yarışda Azərbaycanı ümumilikdə 14 çəki dərəcəsində 19 idmançı (10 oğlan, 9 qız) ilə fərdi mübarizədə təmsil edəcək.

Yığmamız turnirin son günündə qarışıq komanda yarışında mübarizə aparacaq.

Cüdoçularımıza yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçilər Nicat Şıxəlizadə ilə Kotaro Sasaki, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov, məşqçi Əmrah Əhmədov rəhbərlik edəcək.

Qitə birinciliyində Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Akif Tahirov ədalət təmsilçiləri arasında yer alacaq.

Qızlar

40 kq

Mədinə Hüseynova

44 kq

Gülşən Hüseynova

48 kq

Nərmin Ağamirzəzadə

Leyla Ələkbərova

52 kq

Aysun Məmmədova

Nuranə Hacızadə

57 kq

Səmayə Yusifli

63 kq

Ayan Əliyeva

70 kq

Məsumə Məmmədli

Oğlanlar

50 kq

Anar Quliyev

İbrahim Talıbov

55 kq

Rəsul Əlizadə

Məhəmmədəli Hüsiyev

60 kq

Zeyd Ələsgərov

66 kq

Əli Hümbətov

73 kq

Səid Şərifov

Ayxan Həsənli

90 kq

Səid Hüseynov

+90 kq

Tunar Fərzəliyev

Qarışıq komanda yarışı

81 kq

Abdullah Rəhmətov