AZ

Slovakiya sanksiyaları dəstəkləməyə hazırdır, amma... VİDEO

ain.az, Azvision saytına istinadən bildirir.

AzVision.az xəbər verir ki, “Euractiv” portalının yazdığına görə, Slovakiyanın Xarici İşlər naziri Yuray Blanar belə deyib. “Danışıqlar hələ davam edir. Amma indiyədək müzakirə olunanlara əsasən, paketin Slovakiya iqtisadiyyatına mənfi təsir göstərməyəcəyi aydındır və biz onu dəstəkləməyə hazırıq”, - Blanar vurğulayıb. Eyni zamanda, o, Rusiyanın enerji təchizatının dayandırılmasının nəticələrini yumşaltmaq üçün Slovakiyanın Aİ-dən “zəmanətlər” və dəstək tələb edəcəyini diqqətə çatdırıb. “Həmçinin Slovakiya Respublikasına təsir edəcək arbitraj riskləri var – ola bilsin ki, bu, 20 milyard avro təşkil etsin. Ona görə də, biz bu mənfi nəticələrin necə aradan qaldırılacağına dair zəmanət tələb edirik”, - Slovakiya diplomatiyasının rəhbəri bildirib. İyunun 23-də Macarıstanın Xarici İşlər naziri Peter Siyyarto Macarıstan və Slovakiyanın Aİ-nin Rusiyaya qarşı 18-ci sanksiyalar paketinin qəbuluna mane olduğunu açıqlayıb. Slovakiyanın baş naziri Robert Fitso bundan əvvəl Rusiyadan neft, qaz və nüvə yanacağı tədarükünü tamamilə dayandırdıqdan sonra Slovakiyanın düşə biləcəyi “böhran vəziyyətinin real həllinə” çağırmışdı. Sahil İsgəndərov

AzVision.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
37
azvision.az

1Mənbələr